Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpünün tikinti işləri açıqlanıb

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpünün tikinti işləri açıqlanıb Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində yerləşən dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yeni körpünün tikintisi ilə bağlı işlərin həm gündüz, həm də gecə saatlarında aparılması tikintinin qrafi
İnfrastruktur
21 Yanvar , 2025 16:07
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpünün tikinti işləri açıqlanıb

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində yerləşən dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yeni körpünün tikintisi ilə bağlı işlərin həm gündüz, həm də gecə saatlarında aparılması tikintinin qrafikinə uyğun vaxtında başa çatdırılması məqsədi daşıyır.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Tikintiyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Yeni körpü üç aşırımdan ibarət olacaq və uzunluğu 104 metr təşkil edəcək. Körpü 21,6 metr enində, dörd hərəkət zolaqlı olaraq inşa edilir. Bundan əlavə, piyada hərəkəti üçün körpünün hər iki tərəfində 2 metr enində səkilər tikiləcək.

Körpü 4 dayaq üzərində qurulur və orta dayaqlar 1,5 metr diametrli altı sütundan ibarətdir. Ümumilikdə körpüdə 12 sütun mövcuddur. Hər bir dayaq uzunluğu 14 metr, diametri 1 metr olan iki cərgəli svaylar üzərində inşa edilir. Ümumilikdə 80 svayın istifadə olunması planlaşdırılıb.

İşlər çərçivəsində mövcud kommunikasiya xətləri köçürülüb, köhnə körpü sökülərək ərazi təmizlənib və tikinti sahəsi hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Sumqayıt və Saray qəsəbəsini birləşdirən bu körpü 1970-ci illərdə tikilib. Mütəxəssislər tərəfindən aparılan baxış zamanı konstruksiyanın yükgötürmə qabiliyyətini azaldacaq ciddi qüsurlar aşkar edilib və körpünün qəzalı vəziyyətdə olduğu müəyyən olunub. Nəticələr Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirə edildikdən sonra, körpünün sökülərək yerində yenisinin inşa edilməsi barədə qərar qəbul edilib.

Bu işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi