Şahin Mustafayev: "Azərbaycan ərazisi ilə tranzit yük daşımaları 47% artıb"

Şahin Mustafayev: "Azərbaycan ərazisi ilə tranzit yük daşımaları 47% artıb" Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.
İnfrastruktur
9 Sentyabr , 2022 11:40
Şahin Mustafayev: Azərbaycan ərazisi ilə tranzit yük daşımaları 47% artıb
Şahin Mustafayev

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə bildirib.

"Şimal-Cənub və Şərq Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkələrimiz arasında sıx tarixi əlaqələr, ortaq mədəni dəyərlər mövcuddur. Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. O cümlədən, ölkələrimizin iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir: Bu dəhliz iqtisadi səmərəliliyinə, böyük həcmdə yük daşınması imkanlarına, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılması üçün geniş imkanlar mövcuddur", - hökumət rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi