Şahin Mustafayev: "Astaraçay üzərindəki yeni körpü bu ilin sonuna kimi inşa ediləcək"

Şahin Mustafayev: "Astaraçay üzərindəki yeni körpü bu ilin sonuna kimi inşa ediləcək" Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
İnfrastruktur
25 Yanvar , 2022 15:24
Şahin Mustafayev: Astaraçay üzərindəki yeni körpü bu ilin sonuna kimi inşa ediləcək

Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

"Reportxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

“Bu gün biz İran tərəfi ilə birgə Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlini qoyacayıq ki, qısa müddətdə bu ilin sonuna kimi inşa olunsun”, - deyə o qeyd edib.

Bugünkü görüşdə Azərbaycan və İran arasında körpünün tikintisi ilə bağlı protokol imzalanıb. Körpünün təməli bu gün qoyulacaq. Təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Son xəbərlər

Orphus sistemi