Şahbaz Şərif "Bir kəmər, bir yol” və “Şimal-Cənub” layihələrini genişləndirməyə çağırır

Şahbaz Şərif "Bir kəmər, bir yol” və “Şimal-Cənub” layihələrini genişləndirməyə çağırır Pakistanın Baş naziri Şahbaz Şərif “Bir kəmər, bir yol” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihələrinin genişləndirilməsinə nail olmağı vacib hesab edir.
İnfrastruktur
16 Oktyabr , 2024 15:11
Şahbaz Şərif Bir kəmər, bir yol” və “Şimal-Cənub” layihələrini genişləndirməyə çağırır

Pakistanın Baş naziri Şahbaz Şərif “Bir kəmər, bir yol” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihələrinin genişləndirilməsinə nail olmağı vacib hesab edir.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” “Dawn” nəşrinə istinadən məlumat yayıb.

“Çin sədri Si Cinpinin təşəbbüsü olan “Bir kəmər, bir yol”, ikinci mərhələsi həyata keçirilən Çin-Pakistan İqtisadi Dəhlizi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi flaqman layihələr genişləndirilməli, avtomobil və dəmir yolu şəbəkələrinin, rəqəmsal infrastrukturun inkişafına diqqət ayrılmalıdır”, - İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasına sədrlik edən Ş.Şərif bildirib.

O qeyd edib ki, ŞƏT təkcə ticarəti genişləndirməklə kifayətlənməməli, vahid Avrasiya perspektivini də təşviq etməlidir.

Baş nazirin sözlərinə görə, regionda infrastruktur layihələrinə sərmayə qoymadan iqtisadi inteqrasiyaya nail olmaq mümkün deyil.

Son xəbərlər

Orphus sistemi