Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb Sabirabad rayonunun Çığırğan kəndinin daxili yolları bərbad vəziyyətə düşüb.
İnfrastruktur
13 dekabr 2022 12:52
Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

Sabirabad rayonunun Çığırğan kəndinin daxili yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kəndin daxili yolları heç vaxt əsaslı təmir olunmayıb.

Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onlara indiyədək cavab verən olmayıb: "Bir qədər yağış yağan kimi yollar keçilməz olur. Uşaqlar ya məktəbə gedə bilmir, ya da bir neçə ayaqqabı dəyişməli olurlar. Yolların bu vəziyyətdə olması səbəbindən kəndə nə təcili yardım maşını gəlir, nə də ki, taksi".

Problemlə bağlı kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, Çığırğan kəndinin daxili yollarına 2014-cü ildə çınqıl qatı döşənib: "Lakin həmin vaxtdan xeyli müddət keçdikdən sonra yenidən daxilli yollarda bir sıra problemlər ortaya çıxıb. Mövcud vəziyyət barədə Sabirabad Rayon İcra Hakimyyətinə məlumat verilib. Vəsait ayrılan kimi yolda təmir bərpa işləri həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi