Rövşən Rüstəmov: "Stadler"in Bakıda Regional Servis Mərkəzi 2026-cı ildə istifadəyə veriləcək"- EKSKLÜZİV

Rövşən Rüstəmov: "Stadler"in Bakıda Regional Servis Mərkəzi 2026-cı ildə istifadəyə veriləcək"- EKSKLÜZİV İsveçrənin “Stadler Rail Group” şirkəti Bakının Böyükşor ərazisində Regional Servis Mərkəzini inşa edir və 2026-cı ildə istifadəyə verilməsini planlaşdırır.
İnfrastruktur
5 Sentyabr , 2024 11:56
Rövşən Rüstəmov: Stadlerin Bakıda Regional Servis Mərkəzi 2026-cı ildə istifadəyə veriləcək- EKSKLÜZİV
Rövşən Rüstəmov

İsveçrənin “Stadler Rail Group” şirkəti Bakının Böyükşor ərazisində Regional Servis Mərkəzini inşa edir və 2026-cı ildə istifadəyə verilməsini planlaşdırır.

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədri Rövşən Rüstəmov deyib.

R.Rüstəmov bildirib ki, ADY və “Stadler Rail Group” arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb: “Müqaviləyə əsasən Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək. Mərkəzin xidmətlərindən yalnız Azərbaycan deyil, o cümlədən digər qonşu ölkələr də faydalanacaqlar”.

Onun sözlərinə görə, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95 %-dən çox olmasını təmin edəcək, R. Rüstəmov əlavə edib.

“Azərbaycan Dəmir Yolları"nın rəhbəri bildirib ki, bu il ərzində ADY “Stadler Rail Group” şirkətindən 10 ədəd sərnişin qatarının alınmasını hədəfləyirdi: "Artıq həmin qatarlardan 4-ü istifadədir, 3-ü ölkədədir, 3-ü isə il ərzində gətiriləcək".

Son xəbərlər

Orphus sistemi