Rövşən Rüstəmov: "Orta Dəhlizdə yüklər 100 % "yaşıl enerji" ilə daşınacaq"

Rövşən Rüstəmov: "Orta Dəhlizdə yüklər 100 % "yaşıl enerji" ilə daşınacaq" Orta Dəhlizdə yükdaşımalar 100 % “yaşıl enerji” ilə təmin olunacaq.
İnfrastruktur
12 Dekabr , 2024 15:45
Rövşən Rüstəmov: Orta Dəhlizdə yüklər 100 % yaşıl enerji ilə daşınacaq
Rövşən Rüstəmov

Orta Dəhlizdə yükdaşımalar 100 % “yaşıl enerji” ilə təmin olunacaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda dekarbonizasiya ilə bağlı Asiya İnkişaf Bankı (ADB) ilə birgə layihə həyata keçirilir. Bu günlərdə Bankın missiyası Bakıda idi və dəmir yollarının dekarbonizasiya istiqamətində əlavə qrant ayrılmasına dair ilkin razılıq əldə edildi. Bunun sayəsində Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100 % “yaşıl enerji” ilə daşınmasını təmin edəcəyik”, - deyə R. Rüstəmov bildirib.

Qeyd edək ki, bu ilin oktyabr ayında “Azərbaycan Dəmir Yolları” ilə ADB arasında dəmir yollarının dekarbonizasiyası üzrə əməkdaşlıq memorandumu imzalanıb.

Ümumiyyətlə, dəmir yolları qlobal karbon qazı emissiyalarının cəmi 1 %-ni təşkil edir. Azərbaycanda isə dəmir yolu nəqliyyatı ümumi enerji istehlakının 0,12 %-ni və istilik effekti yaradan qazların emissiyasının 0,5 %-dən azını təşkil edir. Ölkənin ümumi qlobal emissiyalardakı payı 0,1 % səviyyəsindədir, burada ADY-nin məsul olduğu illik karbon emissiyası 200 min tondan azdır.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də bu dəhlizin tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi