Rostovdan Bakıya birbaşa reys açılır
İnfrastruktur
- 04 fevral, 2020
- 06:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya uçuşlar həyata keçirməyə başlayır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Rostova uçuşlar martın 30-da başlayacaq və həftədə iki dəfə olmaqla - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Uçuş cədvəli belədir: Rostovdan uçuş - 08:00, Bakıya gəliş - 10:05-də gəliş, əks marşrutla isə Bakıdan uçuş - 11:05, Rostova eniş - 13:20.
Biletlərin minimal qiyməti Rostovdan Bakıya 2415 rubl, yəni 64 manat və ya 37,8 dollar (baqajsız tarif) və əks istiqamətdə 4140 rubl, yəni 110 manat (64,8 dollar) təşkil edir.
Hazırda Rostovdan Bakıya birbaşa aviareyslər yoxdur, dəmir yolu ilə isə Rostov-Bakı qatarı hər 4 gündən bir hərəkət edir.
Son xəbərlər
13:51
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya
13:40
Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır
Digər ölkələr
13:34
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Komanda
13:26
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Region
13:19
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
Futbol
12:55
Yaponiya ordu yaratmaqla bağlı Konstitusiyanı dəyişməyi müzakirə edir
Digər ölkələr
12:45
İran XİN rəhbəri: Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir
Region
12:26
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:07
Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"
Komanda