Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Bakı-Astana reysinə başlayıb

Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Bakı-Astana reysinə başlayıb Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Bakı şəhərindən Astana şəhərinə birbaşa ilk reys həyata keçirəcək.
İnfrastruktur
3 İyun , 2023 01:37
Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Bakı-Astana reysinə başlayıb

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Bakı şəhərindən Astana şəhərinə birbaşa ilk reys həyata keçirəcək.

“Report” xəbər verir ki, 2018-ci ildə təsis edilən “FlyArystan” Qazaxıstanın ilk loukoster aviaşirkətidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov bildirib ki, Azərbaycanla Qazaxıstan arasında sərnişin aviadaşımalarını dörd şirkət həyata keçirir. O, Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, dünyanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.

Onun sözlərinə görə, yeni aviareysin açılması ölkələr arasında iqtisadi, humanitar və ən əsas da turizm sahəsindəki əlaqələrin daha da inkişafına töhfəsini verəcək.

Vurğulanıb ki, Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti həmçinin Aktaudan da Bakı şəhərinə birbaşa reys həyata keçirir. Biletləri mobil tətbiq vasitəsilə və ya aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.

Qeyd edək ki, Bakıdan yola düşən təyyarə Astana şəhərindəki Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edəcək. Uçuşun müddəti 3 saat 20 dəqiqə olacaq.

Son xəbərlər

Orphus sistemi