Kür sahilində antik dövrə aid küp qəbirlər aşkarlanıb

Kür sahilində antik dövrə aid küp qəbirlər aşkarlanıb Neftçalada Kür sahilində arxeoloji qazıntı işlərinə başlanılıb.
İnfrastruktur
825
29 Aprel , 2022 20:20
Kür sahilində antik dövrə aid küp qəbirlər aşkarlanıb

Neftçalada Kür sahilində arxeoloji qazıntı işlərinə başlanılıb.

“Report”un Aran bürosunun məlumatına görə, artıq bir həftədir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun müdiri, fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə Neftçala rayonunun Pirəbbə kənd ərazisindən keçən Kür çayının “N” kəsiklərində arxeoloji qazıntı işləri aparılır.

Qazıntı zamanı Kür sahilində hündürlüyü 1, 80 metr olan bir neçə küp qəbir abidəsi və müxtəlif qədim əşyalar aşkar edilib. Digər bölgələrdə aşkar olunan küp qəbir abidələrindən tam fərqlənir.

“Kür sahilində aşkar edilən küp qəbirlər antik dövrə, bizim eranın II əsrindən tutmuş orta əsrlərə aiddir”, - Mikayıl Mustafayev bildirib.

Aşkar edilən abidələr eramızdan əvvəl burada yaşayış olduğunu sübut edir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl rayonun Cəngan kəndində Kür çayı sahilində belə küp qəbir abidələri tapılmışdı.

Son xəbərlər

Orphus sistemi