Nazirlik: "Bakıda taksilərin təxminən 20 %-i fərqlənmə nişanına malikdir"

Nazirlik: "Bakıda taksilərin təxminən 20 %-i fərqlənmə nişanına malikdir" Bakıda sərnişindaşımada istifadə olunan minik avtomobillərinin - taksilərin təxminən 20 %-i xüsusi lisenziyaya malikdir.
İnfrastruktur
9 Dekabr , 2022 11:11
Nazirlik: Bakıda taksilərin təxminən 20 %-i fərqlənmə nişanına malikdir

Bakıda sərnişindaşımada istifadə olunan minik avtomobillərinin - taksilərin, təxminən, 20 %-i fərqlənmə nişanına malikdir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, taksi kimi işləyən nəqliyyat vasitələrinin və onların sürücülərinin çoxu standartlara cavab vermir.

"Əsas problemlərdən biri həm avtomobillərin, həm də sürücülərin tələb edilən normalara cavab verməməsidir. Beynəlxalq təcrübəyə diqqət yetirsək, bu sahənin tənzimlənmədiyi ölkə görə bilmərik. Hər yerdə icazə tələb edilir. İcazənin əhəmiyyəti budur ki, dövlət standartlar müəyyən edir. Bu tələbələrə cavab verən şəxslər icazə aldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobilin buraxılma ili və digər parametlərə baxılır. Əsas məqam isə bu şəxslərin bilik və bacarıqlara malik olmasıdır.

İndiyə qədər Azərbaycanda 1 300-dən çox sürücü beynəlxalq təlim proqramlarına cəlb edilib. Gələn ilin aprel ayına qədər təlimdən keçməli olan sürücülərin sayı 8 minə qədərdir", - nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi