Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır.
İnfrastruktur
27 İyun , 2024 21:48
Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır.

Bu barədə "Report"un yerli bürosuna “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

Müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub. İntensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi