Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilib.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, bu, bir il öncəki göstəricini 7 % üstələyib.
İstifadə olunan vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 %-i məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 %-i xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 % çoxdur.