Metronun "Xocəsən" stansiyası istismara hazırlanır
İnfrastruktur
- 06 noyabr, 2022
- 09:00
"Bakı Metropoliteni"nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır.
Bu barədə "Report"a "Bakı Metropolteni" QSC-dən bildirilib.
Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır.
Qeyd edək ki, "Xocəsən" metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib.
2011-ci ildə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilib. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın xətlərdən ibarət olmalıdır.
Son xəbərlər
13:54
Foto
Şahin Bağırov Tərtərdə vətəndaşları qəbul edib
Biznes13:54
Batut gimnastikası və tamblinq üzrə Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşib
Fərdi13:52
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara ötən ay 3 milyon manatdan çox ƏDV geri qaytarılıb
Maliyyə13:45
Azərbaycanda son bir ildə 11 meyitdən orqan köçürülməsi həyata keçirilib
Sağlamlıq13:44
Peskov Əbu-Dabi danışıqlarını "konstruktiv iş" kimi səciyyələndirib
Digər ölkələr13:40
Türkiyə klubu yeni baş məşqçisini açıqlayıb
Futbol13:36
İslamabadda məsciddə partlayış baş verib
Digər ölkələr13:35
Papuaşvili: ABŞ ilə strateji tərəfdaşlığın tam bərpasını gözləyirik
Region13:25