Latviya səfiri: “Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək”

Latviya səfiri: “Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək” Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək.
İnfrastruktur
17 Oktyabr , 2024 10:33
Latviya səfiri: “Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək”
Edqars Skuja

Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək.

"Report" xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuja "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "Central Baltic&Azerbaijan Business Forum"da bildirib.

“Azərbaycanın suverenliyini bərpa etməsi münasibəti ilə sizi təbrik edərək ölkənizə Qarabağın bərpasında uğurlar arzu edirik. Azərbaycanın bu regionu daha da gözəlləşdirəcəyinə əminliyimi ifadə etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərimizdə həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də mədəni mübadilə üçün yeni mərhələdir”, - deyə o qeyd edib.

Bundan başqa, səfir ikitərəfli münasibətlər barədə danışıb, ölkəsinin Azərbaycanla çox gözəl və mehriban münasibətlərə malik olduğunu deyib. O, əlavə edib ki, Latviya prezidentinin Azərbaycan səfərini səbirsizliklə gözləyirlər: “Eyni zamanda, Azərbaycan Prezidentinin də ölkəmizə səfərini planlaşdırırıq. Çünki qarşılıqlı münasibətlərin inkişafı üçün bu səfərlərin çox böyük əhəmiyyəti var".

Son xəbərlər

Orphus sistemi