İmişlidə istismara yararsız 15 borulu keçid yenilənib

İmişlidə istismara yararsız 15 borulu keçid yenilənib Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonu ərazisində 34 min 500 hektar meliorasiya olunmuş torpaqlarda 1 460 km kollektor və drenaj sisteminin istismarına xidmət edir.
İnfrastruktur
20 Oktyabr , 2024 19:55
İmişlidə istismara yararsız 15 borulu keçid yenilənib

Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonu ərazisində 34 min 500 hektar meliorasiya olunmuş torpaqlarda 1 460 km kollektor və drenaj sisteminin istismarına xidmət edir.

"Report"un Muğan bürosunun məlumatına görə, idarə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmiri işlərini həyata keçirir.

Bunun nəticəsində səth və qurunt sularının normal axımı təmin edilir, torpaqlar meliorativ cəhətdən yaxşılaşır. Bu da kənd təsərrüfatı bitkilərinin normal inkişafına şərait yaradır.

Cari il ərzində İmişli rayonu ərazisində, o cümlədən Sarxanlı, Cəfərli, Əlqulular, Yuxarı Otuzikilər, Aranlı, Qızılkənd, Xəlfəli və Qaraqaşlı kəndlərində yerləşən 15 ədəd istismara yararsız borulu keçidlər yeni beton borularla əvəz edilib.

Son xəbərlər

Orphus sistemi