Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə dəmir yolu xətti çəkilib: “Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.