Hacıqabul Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
İnfrastruktur
- 09 yanvar, 2015
- 14:13
Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə isə bu sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Son xəbərlər
12:55
Lianyungan limanı Xəzər dənizi vasitəsilə Çindən Bakıya qədər vahid logistika zənciri yaratmaq niyyətindədir
İnfrastruktur12:55
"Şimal-Cənub" dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb
İnfrastruktur12:52
Foto
İçərişəhərdə ali məktəblərə qəbul olunan şəhid ailələrinin üzvləri ilə görüş olub
Elm və təhsil12:47
Foto
TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək
Maliyyə12:46
"Sabah"ı "Mançester Yunayted"lə oyunda 300-ə yaxın azarkeş dəstəkləyəcək
Futbol12:44
"ADY Express": 8 ayda Orta Dəhliz üzrə 54 min TEU-ya yaxın yük daşınıb
İnfrastruktur12:40
Devid Hiqqins: COP31 geosiyasi gərginlik, enerji qeyri-sabitliyi fonunda keçiriləcək
Ekologiya12:36
Papuaşvili: Gürcüstanda seçkilərə xaricdən müdaxilə cəhdləri olub
Region12:19