Gürcüstanlı nazir: "Dəmir yollarımızın modernləşdirilməsi başa çatmaq üzrədir"

Gürcüstanlı nazir: "Dəmir yollarımızın modernləşdirilməsi başa çatmaq üzrədir" Gürcüstanda dəmir yolllarının modernləşdirilməsi başa çatmaq üzrədir.
COP29
20 Noyabr , 2024 15:53
Gürcüstanlı nazir: Dəmir yollarımızın modernləşdirilməsi başa çatmaq üzrədir

Gürcüstanda dəmir yolllarının modernləşdirilməsi başa çatmaq üzrədir.

“Report” xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, bu, magistral dəmir yolu xəttində istismar səmərəliliyini artıracaq, eyni zamanda illik ötürmə qabiliyyətini 27 milyon tondan 48 milyon tona çatdıracaq: "Həmçinin BakI-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyəni birbaşa birləşdirərək Orta Dəhlizi daha da gücləndirəcək. Bundan başqa, Şərq-Qərb magistralının tikintisi sürətlə davam etdirilir və 70 %-i artıq nəqliyyatın hərəkəti üçün açıqdır. Yeni yollar Avropa yol təhlükəsizliyi standartlarına uyğun tərtib edilib".

Nazir deyib ki, ölkəsi yol şəbəkəsinin performansını və idarə edilməsini daha da təkmilləşdirmək üçün intellektual nəqliyyat sistemləridən istifadə edir: "Bunlardan biri ilkin mərhələdə azı 600 000 TEU-nu idarə etmək gücünə malik olan Təqdimat Limanı layihəsidir. Hazırda layihəyə birgə investisiya etmək üçün özəl tərəfdaş seçilir. Gürcüstan hökuməti artıq seçilmiş Belçika podratçısı vasitəsilə dəniz infrastrukturu üzərində işlərə başlayıb. Liman ən müasir texnologiyalar və model tələblərinə cavab verən qurğularla təchiz ediləcək. Həmçinin Gürcüstan və Azərbaycan arasında nəzarətçi xidmətlərin inkişaf etdirilməsi potensialını araşdırırıq və həm dəmir yolu, həm də avtomobil nəqliyyatının üstünlüklərini özündə birləşdirərək, azaldılmış yanacaq sərfiyyatı və tullantılar, eləcə də təkmilləşdirilmiş yol təhlükəsizliyi kimi üstünlükləri təklif edirik. Hazırda texniki-iqtisadi əsaslandırmalar aparılır və gələn ilin əvvəlində başa çatdırılması gözlənilir".

Bundan başqa, onun sözlərinə görə, Gürcüstan hökuməti ölkədə intermodal vasitələrin və logistika mərkəzlərinin inkişafını təşviq etməyə çalışır, malların müxtəlif nəqliyyat növləri üzrə səmərəli ötürülməsinə imkan verir, daha dayanıqlı təchizat zəncirlərini dəstəkləyir: "Gürcüstan beynəlxalq nəqliyyat standartlarına və ən yaxşı təcrübələrə uyğunlaşma öhdəliyini nümayiş etdirən nəqliyyat infrastrukturu ilə bağlı müqavilə tərəfidir. Orta Dəhlizi daha davamlı, etibarlı və cəlbedici etmək və davamlı inkişaf gündəliyimizlə irəliləmək üçün daha sıx əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləmək istərdim".

Son xəbərlər

Orphus sistemi