Fariz Əliyev: "İlin əvvəlindən Orta Dəhliz ilə 87 blok qatar göndərilib"

Fariz Əliyev: "İlin əvvəlindən Orta Dəhliz ilə 87 blok qatar göndərilib" Bu ilin əvvəlindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə 87 blok qatar göndərilib.
İnfrastruktur
8 İyul , 2024 11:46
Fariz Əliyev: İlin əvvəlindən Orta Dəhliz ilə 87 blok qatar göndərilib

Bu ilin əvvəlindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə 87 blok qatar göndərilib.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının Nəqliyyat siyasəti departamentinin rəhbəri Fariz Əliyev Bakıda "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, blok qatarlarının mənzil başına çatması müddəti 9-12 gün arasında dəyişib: "Həmçinin iki ölkə arasında beynəlxalq avtomobil daşımaları üzrə də icazə blankları tətbiq olunub və bu istiqamətdə pilot layihə reallaşdırılıb. Ötən həftə bu layihə əsasında 16 avtomobil daşınması baş tutub".

F. Əliyev qeyd edib ki, bundan əlavə Azərbaycanla Çin arasında hava nəqliyyatı ilə də daşınmalar mövcuddur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün planlar var.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 % və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi