Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysləri təxirə salınıb

İnfrastruktur
  • 14 mart, 2022
  • 13:59
Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysləri təxirə salınıb

Hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə salınıb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, həmin reyslər 7 və 8 aprel tarixlərində həyata keçiriləcək.