Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti məlum olub

Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti məlum olub Dünyanın 20 ən təhlükəsiz aviaşirkətinin siyahısı məlum olub.
İnfrastruktur
7 Yanvar , 2022 10:05
Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti məlum olub

Dünya üzrə ümumilikdə 385 aviaşirkət arasında aparılan sıralamaya liderliyi Yeni Zelandiyanın “Air New Zealand” şirkəti edir.

“Report” xəbər verir ki, “airlineratings.com” saytı reytinq cədvəli hazırlayıb.

Bundan əlavə, ilk üçlüyün digər yerlərində “Etihad Airways” və “Qatar Airways” qərarlaşıb.

Adıçəkilən siyahıda digər yerləri “Singapore Airlines”, “TAP Portugal”, “SAS”, “”Qantas”, “Alaska Airlines”, “EVA Air”, “Virgin Australia/Atlantic”, “Cathay Pacific Airways”, “Hawaiian Airlines”, “American Airlines”, “Lufthansa/Swiss Group”, “Finnair”, “Air France/KLM Group”, “British Airways”, “Delta Air Lines”, “United Airlines” və “Emirates” tutur.

Reytinq müəyyən edilərkən bir sıra amillər nəzərə alınır. Bura şirkətin son 5 il də qəzaya uğraması, son 2 ildəki ciddi insidentlərin baş verməsi, aviasiyanın idarəetmə və sənaye orqanlarının auditinin keçirilməsi, hökumət tərəfindən aparılan audit yoxlamaları, sənayedə aparıcı təhlükəsizlik təşəbbüsləri, donanma yaşı və COVID-19 təhlükəsizlik protokolları daxildir.

Son xəbərlər

Orphus sistemi