Dünya Bankı: “Ağıllı kənd” proqramı Azərbaycanda sosial rifahın artırılmasına xidmət edəcək

Dünya Bankı: “Ağıllı kənd” proqramı Azərbaycanda sosial rifahın artırılmasına xidmət edəcək “Ağıllı kənd” proqramı ilk növbədə ölkə ərazisində hərtərəfli inkişafın əldə olunmasına xidmət edəcək
İnfrastruktur
24 İyun , 2021 11:51
Dünya Bankı: “Ağıllı kənd” proqramı Azərbaycanda sosial rifahın artırılmasına xidmət edəcək

““Ağıllı kənd” proqramı ilk növbədə ölkə ərazisində hərtərəfli inkişafın əldə olunmasına xidmət edəcək”.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycanda "ağıllı kəndlər"in yaradılması üzrə təhlil üçün çərçivə və yol xəritəsində qeyd edilib.

“Belə ki, kənd yerlərində investisiyaların, qabaqcıl və innovativ texnologiyaların tətbiqi yolu ilə iqtisadi inkişafın, xüsusilə qeyri-neft sektorlarında və qeyri-aqrar sahələrdə məşğulluq imkanlarının artmasına, sahibkarlığın inkişafına təkan verilməsinə, kiçik və orta sahibkarlığın maliyyə davamlılığının gücləndirilməsinə, kənd yerlərində turizmin inkişaf etdirilməsinə, aqrar məhsuldarlığın artırılmasına, kənd təsərrüfatında fermer kooperativlərinin və ortaqlıqların təşviqinə, bazar rəqabət qabiliyyətinin artırılmasına, fermerlər və sahibkarlar üçün maliyyə mənbələrinə çıxışın yaxşılaşdırılmasına, daxili və ixracat bazarı əlaqələrinin gücləndirilməsinə səbəb olacaq”, - deyə sözügedən sənəddə bildirib.

Analitik hesabat xarakteri daşıyan sənəddə qeyd edilib ki, “ağıllı kənd” proqramının tətbiq edilməsinin digər əsas hədəfləri sosial rifahın artırılması və təbii mənbələrdən səmərəli istifadənin təşkilidir:

“Proqramın ikinci hədəfi sosial rifahın artırılmasıdır. Burada infrastrukturun və xidmət keyfiyyətinin yaxşılaşdırılması, sosial xidmətlərin çeşidinin artırılması, həssas əhaliyə xidmətlərin əlçatanlığının artırılması, dövlət məmurları və işçiləri üçün potensialın artırılması təşəbbüslərinin həyata keçirilməsi, sığorta sisteminin tətbiq edilməsi, yüksək sürətli fiberoptik genişzolaqlı internet və müasir rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Digər baxımdan “ağıllı kənd” proqramı təbii mənbələrdən səmərəli istifadəni təşviq edəcək. Nəticədə yenilənə bilən enerji mənbələrindən istifadənin genişləndirilməsinə, ekoloji cəhətdən təhlükəsiz məhsulların istehsalının artırılmasına, təbii ehtiyyatların davamlılığının artırılmasına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi