Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bütün tərəflərə imkanlar, fürsətlər yaradır.
"Report " xəbər verir ki, bunu Rumıniyanın dövlətə məxsus dəmir yolu yükdaşıma şirkəti - "CFR Marfă"nın kommersiya direktoru Renata Godja Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.
"Hər kəs "Orta Dəhliz"i təşviq etmək üçün əlindən gələni etməlidir. Hazırda dəhlizdə əsas çətinliklər prosesdur qaydaları ilə bağlıdır. Rumıniyanın Milli Nəqliyyat Operatoru bu sahəni inkişaf etdirmək üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bunun üçün bizdə bütün lazımi resurslar var: ixtisaslı kadrlar, lokomotivlər və s. Sizi əmin edə bilərəm ki, biz bu nəqliyyat prosesinin ayrılmaz hissəsi olmaq üçün əlimizdən gələni edəcəyik", - deyə o qeyd edib.