Bu ilin 3 ayında Sumqayıtda 63 lift yenilənib

Bu ilin 3 ayında Sumqayıtda 63 lift yenilənib Cari il Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib
İnfrastruktur
30 Mart , 2021 08:21
Bu ilin 3 ayında Sumqayıtda 63 lift yenilənib

Cari il Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.

"Report" xəbər verir ki, bu ilin ilk 3 ayında şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasirləri ilə əvəzlənib. Yaxın günlərdə isə daha 14 lift dəyişdiriləcək.

Şəhər üzrə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər ümumilikdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid hündürmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi