Bu il Bakıdakı inşaat işlərinin 92 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

İnfrastruktur
  • 29 mart, 2023
  • 13:35
Bu il Bakıdakı inşaat işlərinin 92 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Bu ilin yanvar-fevral aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 92 %-ini qeyri-dövlət tikinti müəssisələri həyata keçirib.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilk iki ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,4 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,8 %-ini əsaslı təmir, 7,1 %-ini cari təmir, 3,7 %-ini isə sair tikinti işləri təşkil edib.

Xatırladaq ki, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 206,9 milyon manat və ya 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 60,1 % çox vəsait yönəldilib.

44 filmi