Bərpa, Tikinti və İdarəetmə Xidməti Hadruta dair planlarını açıqlayıb

Bərpa, Tikinti və İdarəetmə Xidməti Hadruta dair planlarını açıqlayıb Xocavənd rayonunun Hadrut qəsəbəsində istirahət yerlərinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağının və sair infrastrukturun yaradılması nəzərdə tutulub.
İnfrastruktur
15 Oktyabr , 2024 15:57
Bərpa, Tikinti və İdarəetmə Xidməti Hadruta dair planlarını açıqlayıb

Xocavənd rayonunun Hadrut qəsəbəsində istirahət yerlərinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağının və sair infrastrukturun yaradılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

"Hadrutda bərpa işləri davam etdirilir. Qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur. Həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır. 1 ədəd 1 mərtəbəli poçt və rabitə binasının təmir edilərək müasir səviyyədə yenidən qurulması planlaşdırılıb. Bundan əlavə 1 ədəd 2 mərtəbəli market və restoran binasının, eləcə də 1 ədəd 3 mərtəbəli otel binasının təmir edilərək müasir üslubda bərpa olunması nəzərdə tutulub. Hazırda Hadrut qəsəbəsində həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır”, - deyə o qeyd edib.

Xidmət rəsmisi həmçinin qeyd edib ki, Tuğ kəndində yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek kimi istifadə ediləcək: “İşğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı yaradılacaq. Məhz buna görə planlaşdırılan işlərə Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxil edilib. Kənddə ilkin fazada 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi