Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans keçirilir Bu gün Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İnfrastruktur
10 Oktyabr , 2023 09:46
Bakıda Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, tədbirin təşkilatçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatıdır (TDT).

Konfransın açılış mərasiminə Prezident Administrasiyası, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və digər qurumların rəhbər şəxsləri qatılıb. Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhərdə görülən işlər, davamlı inkişaf tədbirləri barədə söz açıb.

Daha sonra TDT-nin baş katibinin müavini Sədi Cəfərov bu cür tədbirlərin türk dövlətləri arasında qarşılıqlı təcrübə mübadiləsi üçün, birgə əməkdaşlıq imkanları üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılır.

Konfrans çərçivəsində Bakı Marionet Teatrında "Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması", Bakı Fotoqrafiya Evində "İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı", Tahir Salahovun ev muzeyində isə "İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi" mövzularında tematik panellər təşkil olunub.

Son xəbərlər

Orphus sistemi