Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək Bakıda istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək.
İnfrastruktur
5 Oktyabr , 2020 11:59
Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumat görə, sənəd qəbulu bu gün paytaxtın Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi,196 (Yeni ünvan sisteminə görə Məhəmmədşərif Həmidov kuçəsi, 56) ünvanında, oktyabrın 9-da isə yenə də Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi, 3137-ci məhəllə (Yeni ünvan sisteminə görə Abbas Mirzə Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir. 

Son xəbərlər

Orphus sistemi