Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək
İnfrastruktur
- 09 avqust, 2026
- 21:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.
Bu barədə "Report"a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
Qeyd olunub ki, avqustun 11-dən etibarən sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.
Son xəbərlər
12:13
İngiltərə millisinin futbolçusu Dominik Kalvert-Lyuin "Lids"lə yeni müqavilə imzalayıb
Futbol
12:12
Foto
Ceyhun Bayramov Estoniya səfirliyinin açılışında iştirak edib
Xarici siyasət
12:10
MM hüquqi şəxsin ləğvi zamanı prosedur qaydaları ilə əlaqədar dəyişiklikləri I oxunuşda qəbul edib
Milli Məclis
12:09
Bakı aeroportunda son 3 ildə bir sərnişinə düşən emissiya 55 % azalıb
İnfrastruktur
12:05
Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv edib
Xarici siyasət
12:02
Foto
Azərbaycan və Estoniya XİN başçılarının təkbətək görüşü başlayıb
Xarici siyasət
11:58
Foto
Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib
Hərbi
11:57
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Milli Məclis
11:55
AMB: Bankların iqlim risklərinə davamlılığı 3-15 illik dövrdə ölçülə bilər
Maliyyə