Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 ayda 21 minə yaxın konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 ayda 21 minə yaxın konteyner daşınıb "Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə konteyner daşımları kəskin artıb".
İnfrastruktur
7 Dekabr , 2021 14:10
Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 ayda 21 minə yaxın konteyner daşınıb

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə konteyner daşımları kəskin artıb".

"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, əgər dəmir yolu xəttinin istismara verildiyi 2017-ci ildə onunla 307 konteyner daşınmışdısa, bu ilin 11 ayında bu rəqəm 20 526 konteyner olub.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Son xəbərlər

Orphus sistemi