Bakı-Sumqayıt qatarlarının sayının artırılmasının əlavə sərnişindaşıma potensialı açıqlanıb

Bakı-Sumqayıt qatarlarının sayının artırılmasının əlavə sərnişindaşıma potensialı açıqlanıb Abşeron dairəvi dəmiryol marşrutunda reyslərin artırılması gündəlik sərnişindaşıma sayını 48-50 min nəfərə qədər artırmağa imkana verəcək.
İnfrastruktur
17 mart 2025 15:32
Bakı-Sumqayıt qatarlarının sayının artırılmasının əlavə sərnişindaşıma potensialı açıqlanıb

Abşeron dairəvi dəmiryol marşrutunda reyslərin artırılması gündəlik sərnişindaşıma sayını 48-50 min nəfərə qədər artırmağa imkana verəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.

"İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir", - o vurğulayıb.

Onun sözlərinə görə, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb: "Belə ki, bu vaxta qədər saat 07:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək".

A.Fərəcov deyib ki, şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq: "Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq. Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nədərə qəfər artırmağa imkana verəcək".

Orphus sistemi