Bakı metrosunun inşa olunan stansiyasında növbəti mərhələ üzrə iş başlayıb

Bakı metrosunun inşa olunan stansiyasında növbəti mərhələ üzrə iş başlayıb "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin hazırda inşası davam edən və şərti adı "B-04" olan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.
İnfrastruktur
10 Aprel , 2023 14:52
Bakı metrosunun inşa olunan stansiyasında növbəti mərhələ üzrə iş başlayıb

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin hazırda inşası davam edən və şərti adı "B-04" olan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

"Report" xəbər verir ki, stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Burada tikinti işləri “qruntda divar" üsulu ilə, yəni, yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazırda 29-32 metr dərinlikdə həyata keçirilir.

"Qruntda divar” üsulu yaşayış sahələrində daha səmərəli və rahat, məhdud məkanlara uyğunluğu və effektivliyi ilə seçilir. Bununla yanaşı, bu üsul texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması "qruntda divar" üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr" stansiyaları analoji qaydada aparılıb.

Son xəbərlər

Orphus sistemi