Bakı Limanının xidmət və imkanlarının təkmilləşdirilməsi müzakirə olunub

Bakı Limanının xidmət və imkanlarının təkmilləşdirilməsi müzakirə olunub Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) tərəfdaşı olan şirkətlərin rəhbərləri və nümayəndələri üçün işgüzar görüş təşkil edib.
İnfrastruktur
16 Mart , 2022 16:52
Bakı Limanının xidmət və imkanlarının təkmilləşdirilməsi müzakirə olunub

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) tərəfdaşı olan şirkətlərin rəhbərləri və nümayəndələri üçün işgüzar görüş təşkil edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, görüşün məqsədi əməkdaşlıq əlaqələrinin daha da gücləndilməsi, limanın xidmətləri və fəaliyyəti, həmçinin qlobal çağırışlar və fürsətlər haqqında birgə fikir mübadiləsinin aparılması olub. Ələt ofisində təşkil olunmuş görüşdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov Limanın regionun nəqliyyat və logistika üzrə ən müasir mərkəzi olmaq strategiyası üzrə görülən işlər, əldə edilən uğurlar, regionda yaranan yeni imkanlar və gələcək planlar barədə məlumat verib.

Bundan başqa, görüşdə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətləri narahat edən məsələlər dinlənilib, Limanın mövcud xidmət və imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.

Limanın biznes əməliyyatlarının və tərəfdaşlıq strategiyasının daha da inkişafı üçün belə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi