Bu ilin yanvar-sentyabr aylar;nda Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 3 002,5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb.
"Report" bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2 560,3 min ton) tranzit yükaşırmanın payına düşüb.
Son 1 ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) aşırılması 64% artaraq 24 790 ədəd olub. Bunlardan 18 642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6 148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət ediblər.
Konteynerlərin aşırılması isə 43,5% artaraq 24,305 ədəd (TEU ekvivalentində) olub. O cümlədən Çindən gələn konteynerlərin sayı isə 90% artaraq 2 610 ədəd təşkil edib.
Bərə terminalında vaqon aşırılması isə 12% artaraq 35 510 ədədə çatıb. Bunlardan 16 039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
9 ay ərzində limanın xidmətlərindən 34 425 sərnişin istifadə edib.