“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

 “Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək Bu barədə "Report"a qurumdan bildirilib
İnfrastruktur
19 Mart , 2021 15:31
 “Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərsu" ASC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik sistemi tətbiq ediləcək. Bu məqsədlə “Azərsu” sədrinin müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

Bayram günlərində “Azərsu”yun qəza, meterologiya xidmətləri 24 saat fəaliyyət göstərəcək. İçməli su xətlərində qəzaların, tullantı su xətlərində tutulmaların qarşısını almaq, həmçinin sayğaclarda yaranmış nasazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

"İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook.com sosial şəbəkəsi vasitəsi ilə də müraciətlərini ünvanlaya bilərlər. Abonentlərdən daxil olan bütün müraciətlər operativ qaydada qəbul edilib aidiyyəti üzrə yönləndiriləcək.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi