Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb - EKSKLÜZİV

Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb - EKSKLÜZİV Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.
İnfrastruktur
30 Aprel , 2024 14:19
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb - EKSKLÜZİV

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.

Bunu “Report”a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Onun sözlərinə görə, Bakıda, Abşeronda bütün avtobuslar uzunmüddətli perspektivdə elektrikli avtobuslarla əvəz ediləcək: “Xətdən çıxarılanlar regionlara göndəriləcək və uzunmüddətli perspektivdə regionlardakı da elektrikli avtobuslarla əvəz ediləcək”.

F.Əliyev deyib ki, elektrikli avtobusların gətirilməsi üçün müvafiq infrastruktur olmalıdır.

Nazirlik rəsmisi vurğulayıb ki, Çinin "BYD" şirkəti Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir, illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur.

“Hazırda Çinin 3 şirkətindən avtobuslar alınır və hansı yaxşı olduğu araşdırılır. Bu şirkətlərin avtobusları bir-birilərindən fərqlənir", - deyə o qeyd edib.

Qeyd edәk ki, 1995-ci ildә yaranmış "BYD" şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn dünyamiqyaslı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.

Son xəbərlər

Orphus sistemi