Azərbaycanda su ehtiyatlarının qorunması üçün görüləcək tədbirlər açıqlanıb

Azərbaycanda su ehtiyatlarının qorunması üçün görüləcək tədbirlər açıqlanıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su ehtiyatlarının qorunması üçün fiziki infrastruktur layihələrin həyata keçirilməsi, yeni su anbarlarının tikintisi, suvarma kanallarının yenidən qurulması ilə yanaşı, yeni və alternativ su mənbələrinin
İnfrastruktur
28 Avqust , 2024 11:07
Azərbaycanda su ehtiyatlarının qorunması üçün görüləcək tədbirlər açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su ehtiyatlarının qorunması üçün fiziki infrastruktur layihələrin həyata keçirilməsi, yeni su anbarlarının tikintisi, suvarma kanallarının yenidən qurulması ilə yanaşı, yeni və alternativ su mənbələrinin formalaşdırılması, dəniz, təmizlənmiş tullantı, kollektor-drenaj və yağış sularından səmərəli istifadənin öyrənilməsini prioritetləşdirib.

“Report” xəbər verir ki, bunu ADSEA-nın aparat rəhbərinin müavini Ülviyyə Məmmədova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

"Lakin tədbirlər bunlarla bitmir. Həyata keçirilən təmir-tikinti layihələri, istər suya qənaət edən vərdişlərin tətbiqini, istərsə də davamlı su idarəçiliyini təşviq edən siyasətləri dəstəkləməlidir", - Ü. Məmmədova bildirib.

Son xəbərlər

Orphus sistemi