2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şəki, Yevlax, Ucar, Zərdab və Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunu yenidən qurub.
"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib
"O cümlədən Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9 km, Zərdab rayonunda - 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolunun yenidən qurulması işləri həyata keçirilib", - o deyib.
Bundan başqa, S.Məmmədov bildirib ki, ötən il Bakıda görülmüş 174,9 km-lik işlərin 123,1 km-lik hissəsi investisiya xərcləri hesabına, 51,8 km-lik hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına icra edilib. Paytaxt yollarında 520,6 min m2 sahədə asfalt-beton örtüyü yenilənib.