Azərbaycanda monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı yenilənib

Azərbaycanda monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı yenilənib Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.
İnfrastruktur
21 Fevral , 2024 18:05
Azərbaycanda monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı yenilənib

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC əlavə olunub.

Bundan başqa, ləğv edilmiş “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsləri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi