Azərbaycanda dənizçilərin sertifikatlaşdırılması optimallaşdırılıb

Azərbaycanda dənizçilərin sertifikatlaşdırılması optimallaşdırılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılmasının, o cümlədən onlara sertifikatların (diplomların) verilməsi üzrə imtahanların təşkili, bununla bağlı ərizələrin qəbulu prosesinin təkmill
İnfrastruktur
19 Sentyabr , 2024 11:31
Azərbaycanda dənizçilərin sertifikatlaşdırılması optimallaşdırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılmasının, o cümlədən onlara sertifikatların (diplomların) verilməsi üzrə imtahanların təşkili, bununla bağlı ərizələrin qəbulu prosesinin təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirib.

"Report" nazirliyə istinadən xəbər verir ki, oktyabrın 1-dən sertifikatların (diplomların) verilməsi üzrə agentlikdə təşkil olunan imtahanlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla saat 09:00, 11:00 və 14:00-da keçiriləcək.

Digər yenilik gəmi heyəti üzvləri ilə bağlıdır. Müvafiq sahə üzrə təhsili olan dənizçinin sənədi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın, eyniadlı Məcəllənin və Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının minimum tələblərinə cavab verərsə, həmin şəxs sertifikat (diplom) əldə etmək imkanı qazanacaq.

Dənizçilər həyata keçiriləcək yeniliklərlə bağlı agentliyin Çağrı Mərkəzinə (012 497 44 05) zəng etməklə, eləcə də [email protected] e-poçt ünvanına müraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər.

İslahatların məqsədi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması, daha keyfiyyətli və operativ xidmət göstərməklə vətəndaş məmnunluğunun artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi