Azərbaycanda “Alstom”un ilk 7 elektrikli yük lokomotivi istismara verilib

Azərbaycanda “Alstom”un ilk 7 elektrikli yük lokomotivi istismara verilib Bu yük qatarları -25 °C ilə 50 °C arasında dəyişən temperaturlarda işləyə bilir
İnfrastruktur
1 İyul , 2021 11:11
Azərbaycanda “Alstom”un ilk 7 elektrikli yük lokomotivi istismara verilib

Fransanın “Alstom” şirkəti Azərbaycan Dəmir Yolları (ADY) üçün istehsal edilən ilk 7 elektrikli yük lokomotivinin istismara verildiyini açıqlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, "Prima T8 AZ8A" lokomotivləri bu yaxınlarda 3 kV sabit cərəyandan 25 kV dəyişən eliktrik cərəyana qədər yenilənmiş əsas yük tranzit yolunda işləyəcək. Bu lokomotivlər əvvəlcə Xəzər dənizinin əsas limanlarını Gürcüstan sərhədinə birləşdirən Azərbaycanın İpək Yolu Şərq-Qərb dəhlizi üzərində işləyəcək. Daha sonra ölkə daxilində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, "Alstom"un "Prima T8" 9 min tona qədər yük götürmə qabiliyyəti var və hər oxda 25 tonluq iki hissəli yük lokomotividir. 8,8 MVt davamlı güclə təchiz olunmuş lokomotiv 120 km/saat sürətlə hərəkət edə bilir. Modul dizaynı sayəsində lokomotiv minimum texniki baxıma ehtiyac duyur və etibarlılıq və az xərc tələb edir. Bu yük qatarı -25 °C ilə 50 °C arasında dəyişən temperaturlarda işləyə bilir.

“İpək Yollarının qovşağında strateji mövqeyi ilə bu layihə bütün bölgənin dəmir yolu infrastrukturunu inkişaf etdirməyi hədəfləyir. Lokomotivlərimiz Azərbaycan daxilində yükdaşıma qabiliyyətinin artırılmasında əsas rol oynayır, bununla yanaşı ölkənin qonşu ölkələri bir-birinə bağlamaq kimi iddialı hədəflərinə də töhfə verir”,- “Alstom”un Qərbi və Orta Asiya idarəedici direktor Giyom Tritter deyib.

Xatırladaq ki, ötən ilin avqust ayında “Alstom” Azərbaycanın əsas yük tranzit xəttindəki "Prima T8 AZ8A" yük lokomotivləri üçün sınaq testlərinə başlamışdı.

ADY 2014-cü ildə “Alstom JV EKZ” ilə 50 elektrovozun alınması məqsədi ilə 342,71 milyon ABŞ dollarlıq (288 avro) müqavilə imzalamışdı. Müqaviləyə 40 “Prima T8 AZ8A” ağır yük lokomotivi və 10 “Prima M4 AZ4A” sərnişin lokomotivi daxildir.

Son xəbərlər

Orphus sistemi