Azərbaycan və Türkiyə arasında vahid keçid sertifikatı kvotası artırılıb

Azərbaycan və Türkiyə arasında vahid keçid sertifikatı kvotası artırılıb Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası 31% artırılaraq 35 mindən 46 minə çatdırılıb.
İnfrastruktur
29 İyun , 2021 15:33
Azərbaycan və Türkiyə arasında vahid keçid sertifikatı kvotası artırılıb

Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası 31% artırılaraq 35 mindən 46 minə çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, iyunun 24-25-də İstanbulda iki ölkənin Quru Nəqliyyatı üzrə Birgə Komissiyasının görüşü keçirilib. Görüşdə Türkiyəni Nəqliyyat və İnfrastruktur Nazirliyinin nəqliyyat xidmətlərinin tənzimlənməsi üzrə baş meneceri Murat Baştor, Azərbaycanı isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov təmsil edib. Tərəflər beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar və Xəzər dənizi vasitəsi ilə tranzit keçidləri müzakirə edib, həmçinin Türkiyə və Azərbaycan arasında 1992-ci ilin noyabrında Ankarada imzalanmış avtomobil nəqliyyatı ilə daşımalar sazişinin əvəzinə yeni bir razılaşma üzərində işə başladıqlarını elan ediblər.

Son xəbərlər

Orphus sistemi