Azərbaycan Qazaxıstanda keçiriləcək "Şimal-Cənub” forumunda iştirak edəcək

Azərbaycan Qazaxıstanda keçiriləcək "Şimal-Cənub” forumunda iştirak edəcək Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I “Şimal-Cənub” Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək.
İnfrastruktur
1 İyul , 2024 09:59
Azərbaycan Qazaxıstanda keçiriləcək Şimal-Cənub” forumunda iştirak edəcək

Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I “Şimal-Cənub” Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək.

“Report” bu barədə Qazaxıstanın “QazTrade” SC-nin Qeyri-Resurs İxracının Təşviqi İnstitutuna istinadən xəbər verir.

“Foruma Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin sədrlik edəcək. Tədbiri Nəqliyyat Nazirliyi təşkil edəcək”, - məlumatda qeyd edilib.

Tədbirdə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan, BƏƏ-dən dövlət orqanlarının, işgüzar dairələrin, dəmir yolu administrasiyalarının, istehsalçıların, ixracatçıların, nəqliyyat və logistika şirkətlərinin və ayrı-ayrı şirkətlərin nümayəndələri iştirak edəcək. Forumda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas iştirakçılarının iştirakı ilə dəmir yollarının, avtomobil yollarının, limanların inkişafının aktual məsələləri üzrə müzakirələr aparılacaq, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetiriləcək.

Son xəbərlər

Orphus sistemi