Azərbaycan Monqolustanla davamlı şəhər inkişafını müzakirə edib
İnfrastruktur
- 27 yanvar, 2026
- 14:35
Azərbaycan və Monqolustan arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlər müzakirə edilib.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr komitənin sədri Anar Quliyev ilə Monqolustanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşdə aparılıb.
Görüşdə iki ölkənin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi aparılıb.
A.Quliyev səfirin Azərbaycandakı diplomatik missiyasının başa çatması ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirib, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.
Son xəbərlər
17:11
Foto
Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib
İnfrastruktur17:09
Dövlət Gömrük Komitəsinin sədrinə general-polkovnik rütbəsi verilib
Daxili siyasət17:08
Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib - SİYAHI
Daxili siyasət17:03
Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri İranla bağlı vəziyyəti Vaşinqtonda müzakirə edirlər
Digər ölkələr17:02
Foto
Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə müqavilələr imzalanıb
İnfrastruktur17:01
Elmar Baxşıyev: "Liverpul" kimi güclü rəqiblərlə oyunda hesabın böyük olması gözləniləndir"
Futbol16:56
Avropa Komissiyası Rusiya və Belarusdan idxaldan imtina təşəbbüsünü qeydə alıb
Digər ölkələr16:55
Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb
Hadisə16:54