Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub

Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub Azərbaycan Həştərxanda keçirilən beynəlxalq nəqliyyat forumunda təmsil olunub.
İnfrastruktur
25 Oktyabr , 2023 23:19
Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub

Azərbaycan Həştərxanda beynəlxalq nəqliyyat forumunda təmsil olunub.

"Report" xəbər verir ki, Həştərxanda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi – yeni konsepsiya” beynəlxalq forumu keçirilir.

Forumda Azərbaycanla yanaşı, Türkmənistan, İran, Qazaxıstan, Rusiya, eləcə də Belarus, Özbəkistan, Hindistan, Pakistan, BƏƏ və digər ölkələrdən olan 150-dən çox şirkətin nümayəndələri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, ilk növbədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) reallaşdırılması ilə əlaqəli olan əməli məsələlərdən danışıblar.

Bu gün keçirilən dörd sessiyada ekspertlər yeni bazarlar, mal dövriyyəsi və tranzitin təmin edilməsi üzrə təşkilatların təkliflərini, eləcə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin yeni konsepsiyasını müzakirə ediblər. Şirkətlər investisiya sazişləri imzalayıblar.

Oktyabrın 26-da iştirakçılar regional müəssisələrlə tanış olacaqlar, Həştərxan limanlarını və “Lotos” Xüsusi İqtisadi Zonanı ziyarət edəcəklər.

Forumda “Şimal-Cənub” BND və Hind okeanı boyunca yerləşən dövlət və biznes strukturlarının nümayəndələri, ixrac-idxal şirkətləri, neft məhsulları, kimya, gübrə, kömür, metallar, avadanlıq, taxta-şalban, taxıl, qida məhsulları istehsalçıları, bank və maliyyə strukturları, logistik şirkətlər və Şərqin və qlobal Cənubun yeni bazarlarına satışların və yük daşımalarının artırılmasında maraqlı olan hər kəs iştirak edir.

Tədbir Həştərxan vilayəti hökuməti, “RusİranEkspo”, “Şimal-Cənub” Xəzər beynəlxalq inteqrasiya klubunun dəstəyi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi