"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) ABŞ şirkəti olan “Metron Aviation” və “Aireon” ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Asiya və Avropa regionlarında hava nəqliyyatını koordinasiya etməyə imkan verəcək alət təqdim etməyi hədəfləyir.
“Report” xəbər verir ki, bunu “Aireon LLC”nin baş icraçı direktoru (CEO) Don Toma jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təmsil etdiyi şirkət 2022-ci ildən AZANS ilə əməkdaşlıq edir: "Hazırda əməkdaşlıq 3 istiqamət üzrə həyata keçirilir. Birinci istiqamət AZANS-a Azərbaycanın hava məkanı, Xəzər dənizi və geniş dağlıq ərazilərdə axtarış-xilasetmə xidmətləri təqdim edir.
İkinci istiqamət əlaqələrdə çox inkişaf etmiş məlumat analitikası platformasına keçmək və AZANS-ın hava məkanını, təyyarələrin fəaliyyətini təhlil etmək, diqqət etməli olduqları təhlükəsizlik sahələrini müəyyənləşdirməkdir. Bununla da AZANS ən səmərəli və təhlükəsiz hava məkanını təmin etməkdə davam edəcək.
Üçüncü istiqamət isə daha çox regional xarakter daşıyır”.