"Azal"dan "Report"a verilən məlumata görə, aksiya çərçivəsində Bakıdan London, Roma, Milan, Paris, Praqa və Pekinə (hər bir şəhərə iki istiqamətdə) aviabiletin qiyməti 480 manat, Tel-Əvivə 405 manat, Təbriz və Tehrana 223 manat, Tiflis üzərindən Nyu-Yorka 673 manat səviyyəsində müəyyən edilib.
Aviabiletlərin satışı oktyabrın 1-dən etibarən 15-dək davam edəcək, uçuş isə noyabrın 1-dən başlayaraq dekabrın 10-dək həyata keçirilməlidir.
Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Gediş və gəliş aviabiletlərinin tarixləri arasında maksimal müddət isə 1 ay ola bilər.