“AvtoVAZ” gələn həftə də işləməyəcək

“AvtoVAZ” gələn həftə də işləməyəcək Rusiyanın ən iri avtomobil istehsalçısı “AvtoVaz” elektron hissələrin çatışmazlığı ilə əlaqədar olaraq mayın 30-dan iyunun 3-nə qədər də istehsalı dayandıracaq.
İnfrastruktur
26 May , 2022 17:13
“AvtoVAZ” gələn həftə də işləməyəcək

Rusiyanın ən iri avtomobil istehsalçısı “AvtoVAZ” elektron hissələrin çatışmazlığı ilə əlaqədar olaraq mayın 30-dan iyunun 3-nə qədər də istehsalı dayandıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu ay Tolyati və İjevskdəki zavodlarda bir dənə belə avtomobil istehsal edilməyib.

“AvtoVAZ” yarımkeçiricilərin defisiti ilə əlaqədar ötən ilin ortalarından dəfələrlə istehsalı dayandırıb. Bu ilin yazından isə təchizatla bağlı vəziyyət daha da pisləşib. Bununla əlaqədar adətən yay aylarına təsadüf edən korporativ tətilin vaxtı irəli çəkilərək aprelə keçirildi. Məqsəd həmin dövrdə kifayət qədər ehtiyat yaratmaqla zavodların sabit istehsalını təmin etmək idi. Lakin tətildən və may bayramlarından (30 aprel -11 may arası) sonra “AvtoVAZ” 11-13 may, 16-20 may və 23-27 mayda istehsalı dayandırmalı olub.

Son xəbərlər

Orphus sistemi