Bakıda 2030-cu ilə qədər səfərlərin 30-40 %-i fərdi nəqliyyatla, yerdə qalanı ictimai nəqliyyat və mikromobilliklə ediləcək.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, daha yaxşı ictimai nəqliyyatın təşkilinə nail olanda 90 % əhalinin 500 metr piyada məsafəsində ictimai nəqliyyata çıxışı olacaq:
“100 km-dən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. İş yerlərinə və əsas maraq nöqtələrinə təxminən 20 dəqiqədə çatmaq olacaq. Daha yüksək təhlükəsizlik yol-nəqliyyat hadisələrində 100 min nəfərə düşən ölüm sayı 4-dən az olacaq. Səfər edənlərin adam başına düşən illik karbon emissiyaları 600 kq-dan az olacaq və bunun müsbət sosial-iqtisadi təsirləri olur”.